Özbəkistanda bu qədər Azərbaycan müəssisəsi var

12:18 - 15.04.2021


15 aprel, Fineko/abc.az. Pandemiyaya baxmayaraq, 2020-ci ildə Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 13% artaraq 80 mln. ABŞ dollarına çatıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov “Caspian Energy Club”un təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, ümumilikdə, son üç ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb: “Özbəkistan Azərbaycanı MDB məkanında perspektivli ticarət və iqtisadi tərəfdaşı kimi qəbul edir və biz bu qarşılıqlı əməkdaşlığın geniş miqyasda genişləndirməsinə hazırıq. Hazırda Özbəkistanda 195 Azərbaycan müəssisəsi təmsil olunur ki, bunlardan 69-u müştərək kapitallı, 126-sı 100% Azərbaycan kapitalı olan müəssisədir”.

 

Bütün xəbərlər