“Zəfər yolu”nda hazırda hansı işlər görülür?

14:49 - 15.04.2021


15 aprel, Fineko/abc.az. Ötən ilin noyabrında təməli qoyulmuş “Zəfər yolu” boyunca hazırda torpaq işləri icra olunur.

Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

 

Bütün xəbərlər