Daha 2 rayonda KOB dostları fəaliyyətə başladı – Sayları 26 oldu

15:07 - 15.04.2021


15 aprel, Fineko/abc.az. Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” şəbəkəsinin əhatə dairəsi genişləndirilir.

KOBİA-dan ABC.AZ-a daxil olan məlumata görə, bu gün Salyan və Sabirabad rayonlarında da KOB dostları fəaliyyətə başlayıb.

Bununla da ölkə üzrə KOB dostlarının sayı 24 şəhər və rayon üzrə 26-ə çatdırılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər