Azərbaycan qızıl ixracını artırıb - 2 dəfə

15:15 - 15.04.2021


15 aprel, Fineko/abc.az. Azərbaycan 2021-ci ilin yanvar-fevral aylarında dünya bazarlarına 1 min 109,4 kq qızıl ixrac edib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $34 milyon 381,56 min (artım 25,9%) təşkil edib. Cari ilin yanvar-fevral aylarında Azərbaycandan $356,66 min dəyərində (azalma 1,7%) 541,77 kq gümüş (azalma 14,2%) ixrac edilib.

İxracın bütün həcmi İsveçrənin payına düşüb. 2020-ci ildə Azərbaycan $205 milyon 577,52 min dəyərində 4 min 435,97 kq qızıl ixrac edib.

 

Bütün xəbərlər