Yunanıstan bu ölkələr üçün karantini ləğv edir - Siyahı

16:08 - 15.04.2021


15 aprel, Fineko/abc.az. Yunanıstan 32 ölkədən gələn turistlər üçün özünütəcrid tələbini ləğv edir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, onlar ya vaksinasiya edilməli, ya da onların COVID-19 testinin nəticəsi mənfi olmalıdır.

Gələn həftədən etibarən Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Serbiya, İsrail və BƏƏ vətəndaşlarının özlərini təcrid etmələri tələb olunmayacaq. Yeni rejimin aprelin 19-da qüvvəyə minəcəyi gözlənilir.

“Bunlar ölkənin mayın 14-də turistlər üçün açılmasından əvvəl atılan ilk addımlardır”, - turizm nazirliyinin yüksək səviyyəli rəsmisi deyib.

Məhdudiyyətlərin qaldırılması ilə eyni vaxtda doqquz hava limanı açılacaq.

 

Bütün xəbərlər