Naxçıvanda “ASAN xidmət” mərkəzində tikinti işləri nə yerdədir?

10:17 - 16.04.2021


16 aprel, Fineko/abc.az. Naxçıvan şəhərində ötən ilin aprel ayından tikintisinə başlanılan “ASAN xidmət” mərkəzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada beton-qəlib işləri başa çatdırılıb.

ABC.AZ-ın məlumatına görə, zirzəmi hissəsində hörgü işləri artıq yekunlaşdırılıb.

Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv və ofis, laboratoriya yerləşəcək.

Digər mərtəbələrdə isə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya nəzərdə tutulub.

 

Bütün xəbərlər