Bakıda ən çox yoluxma bu rayondadır – Siyahı

11:29 - 19.04.2021


19 aprel, Fineko/abc.az. Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayonda yoluxma 14,8 faiz təşkil edir. Xətaidə yoluxma 13,4 faiz, Yasamalda 12,4 faiz, Sabunçuda 10,9 faiz, Nərimanovda 8,3 faiz, Suraxanıda 8,1 faiz, Nəsimidə 8,0 faiz, Xəzərdə 7,0 faiz, Nizamidə 7.0 faiz, Səbaildə 5,1 faiz, Qaradağda 4,6 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər