Azərbaycanın şəkər ixracı artıb - 3 dəfədən çox

12:00 - 19.04.2021


19 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi şəkərin həcmi məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 9,03 milyon ABŞ dolları dəyərində 17 min 930 ton şəkər ixrac edib.

Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 dəfə və 2,5 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,22% təşkil etmişdi.

Bu da illik müqayisədə 0,15 faiz bəndi çoxdur.

 

Bütün xəbərlər