Azərbaycanda ilk dəfə çörəkotu bitkisi əkilib - Foto

12:05 - 19.04.2021


19 aprel, Fineko/abc.az. "Aqroservis" ASC ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlayıb.

ABC.AZ-ın məlumatına görə, bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, beərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərəvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcək.

Bitkinin sağlam inkişafı üçün bu sahədən irəli gələcək digər məsələlərin həlli istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Cəmiyyət tərəfindən çörəkotu bitkisinin əkilməsi üçün lazım olacaq aqro texniki işlər normativlərə uyğun formada hazırlanıb.

Şamaxı rayonunun Böyük Xınıslı kəndində torpağın əkinə yararlı olub-olmadığı müəyyən etmək üçün kompleks təhlillər aparılaraq, 1 hektar ərazidə çörəkotu bitkisi əkilib.

Müəllif: Elmir Murad


Bütün xəbərlər