Azərbaycan Gürcüstandan 4,077 milyon dollarlıq yük maşını alıb - İdxal artıb

10:41 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 4,077 milyon ABŞ dolları dəyərində 609 ədəd yük maşını ixrac olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitələrinin sayı ötən ilin eyni dövrünə nisbətdə 203 ədəd çoxdur.

Yanvar-martda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 367 min ABŞ dolları olan 23 ədəd traktor da idxal edib ki, bu da illik müqayisədə 10 ədəd çoxdur.

Bütün xəbərlər