Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-fevral aylarında dövlət büdcəsinə 445 milyon manat köçürüb

12:00 - 12.03.2018


12 mart, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) yanvar-fevral aylarında dövlət büdcəsinə 445 751,9 min manat köçürüb.

DGK-in məlumatında deyilir ki, yanvar ayında dövlət büdcəsinə komitənin xətti ilə 226 088,3 min manat, fevralda isə 219 663,6 min manat köçürülüb.

“Gömrük rüsumları üzrə 58 983,1 min manat, ƏDV üzrə 157 691,1 min manat, aksiz vergi üzrə 6 390,2 min manat, yol vergisi üzrə isə 2 599,2 min manat köçürülüb”, - məlumatda belə deyilir.

Azərbaycan Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2 608 milyon manat köçürüb.

 

 

Bütün xəbərlər