“COVID-19” virusu insanların oruc tutmasına təsir edibmi? – Sorğu

14:10 - 20.04.2021


20 aprel, Fineko/abc.az.  “COVID-19” virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib.

ABC.AZ xəbər verir ki, sorğuda iştirak edənlərin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.

Nəticələr göstərir ki, respondentlərin 43,3%-i hər il oruc tutsa da, 28,4%-i isə oruc tutmur. Müəyyən səbəblərə görə bəzən oruc tuta bilməyənlər sorğu iştirakçılarının 21,8%-ni təşkil edir.

Respondentlərin 3,6%-i bu il ilk dəfə oruc tutacağını qeyd edib. Hər il oruc tutduğu halda bu il oruc tuta bilməyəcəyini bildirənlər isə cavab verənlərin 2,9%-ni təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər