Pandemiya səbəbilə iftar süfrələri təxirə salınacaq - Sorğu

14:26 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Media Təhlil Mərkəzi (MTM) “COVID-19” virusunun hökm sürdüyü bir dövrdə insanların Ramazan ayını necə keçirəcəyi ilə bağlı sorğu keçirib.

ABC.AZ xəbər verir ki, iştirakçıların 45,9%-i hesab edir ki, pandemiya səbəbilə iftar süfrələri və dini mərasimlər təxirə salınacaq.

Pandemiyanın Ramazan ayına təsir etməyəcəyini qeyd edənlər respondentlərin 24,5%-ni, oruc tutanların sayına isə təsir edəcəyini proqnozlaşdıranlar 19,9%-ni təşkil edir.

Respondentlərin 9,7%-i isə düşünür ki, distant rejimdə işləyənlər üçün oruc tutmaq daha rahat olacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər