330x110
 

Depozit hərracında təklif yenə 1 milyard manatı ötdü

12.03.2018,12:27


12 mart, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracını keçirib.

AMB-dan verilən məlumata görə, hərracda 200 milyon manat cəlb edilmişdir.

“Beləliklə, hərraca 1 131,7 milyon manat təklif edilmişdir. Depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilmişdir.

 

 

Açar sözlər: depozit hərracı