Üç ayda 2714 kommersiya qurumu dövlət qeydiyyatına alınıb

16:21 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Bu ilin ilk rübündə 2714 kommersiya qurumu dövlət qeydiyyatından keçib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, kommersiya qurumlarının 2253-ü (83 faiz) elektron qaydada, 461-i isə (17 faiz) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Sözügedən dövrdə 460 hüquqi şəxs (ümumi qeydiyyatın 17 faizi) ƏDV məqsədləri üçün qeydiyyata alınıb. Bu ilin birinci rübündə 2494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb.

Bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25 faizlik artım deməkdir.

 

Bütün xəbərlər