Beş rayon və şəhərin kənd yolları yenidən qurulur - Foto

10:56 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu  Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb.

Layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61.7 kilometdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 m olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1.5 m olmaqla 3 metrə bərabərdir.

Müəllif: Elmir Murad


Bütün xəbərlər