Azərbaycanın xarici ticarət dövriyyəsinin daha çox olduğu ölkələr – Siyahı

11:27 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsinin 4 milyard 515 milyon ABŞ dolları olduğunu açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 28,3 faiz, ixrac isə 10,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 90,9 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, İspaniya, Almaniya, Ukrayna, Portuqaliya, Birləşmiş Krallıq, ABŞ, İran, Xorvatiya, Belarus, İsveçrə, Avstraliya, İsrail və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

Bütün xəbərlər