Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələr – Siyahı

11:58 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan ixracın 37,6 faizini İtaliyaya, 10,9 faizini Türkiyəyə, hər biri 7,8 faiz olmaqla Hindistan və Gürcüstana, 6,3 faizini İspaniyaya, 4,4 faizini Portuqaliyaya, 4,2 faizini Ukraynaya, 4,1 faizini Çinə, 3,2 faizini Rusiyaya, 2,2 faizini Xorvatiyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,5 faizini Almaniyaya, hər biri 1,4 faiz olmaqla İsrail və Belarusa, 1,3 faizini İsveçrəyə, 1,2 faizini Rumıniyaya, 0,8 faizini Avstraliyaya, hər biri 0,5 faiz olmaqla Liviya və ABŞ-a, 1,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

ABC.AZ-ın məlumatına görə, iki ayda ixracın 87,1 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,1 faizini avtomobil, 3,2 faizini dəmir yolu, 1,4 faizini hava, 0,2 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri olub. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

 

Bütün xəbərlər