İcmal büdcənin gəlirlərində böyük artım - 26,5 faiz çoxalıb

12:10 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Bu ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 6968,8 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1458,6 mln. manat və ya 26,5 faiz çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda qeyd olunur.

İcmal büdcənin xərcləri isə 5921,3 mln. manat icra olunub.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 mln. manat və ya 3,6 faiz çoxdur. İcmal büdcədə 1047,5  mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

 

Bütün xəbərlər