Dövlət Neft Fondunun büdcəyə transferti kiçilib - 17 faizdən çox azalma

12:30 - 21.04.2021


21 aprel, Fineko/abc.az. 2021-ci ilin 1-ci rübündə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz az, yəni 2 milyard 513,7 milyon manat daxilolma qeydə alınıb.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Neft Fondundan daha az transfert -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabınadır.

Dövlət Neft Fondundan dövlət büdcəsinə faktiki transfertin proqnozdan az olması lazım gələrsə valyuta hərraclarında daha çox ABŞ dollarının satışına imkan yaradır.

 

Bütün xəbərlər