Dövlət büdcəsində profisit yaranıb - 200 milyon manatdan çox

14:40 - 21.04.2021


21 aprel, Fineko/abc.az. 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat, xərcləri 5523,7 mln. manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən dövrdə 212,7 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Bundan əlavə, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat və ya rüblük proqnoza qarşı 23,5 mln. manat, 0,4 faiz çox icra olub.

Bütün xəbərlər