Nazirliyin idarə direktoru koronavirusdan vəfat etdi

15:27 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyin Xidmətinin 20 saylı ərazi idarəsinin direktoru Qoşqar Həsənov vəfat edib.

ABC.AZ-ın məlumatına görə, Q.Həsənov bir müddət idi ki, koronavirusdan müalicə alırdı. O ötən ay koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, Q.Həsənov əvvəllər "AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini işləmişdi.

Allah rəhmət eləsin.

Müəllif: Elmir Murad

Bütün xəbərlər