Azərbaycanda ödəniş kartlarının sayı bu qədər artıb

10:19 - 22.04.2021


22 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayında da Azərbaycanda ödəniş kartlarının artımı müşahidə olunub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin mart ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 769 min ədəd təşkil edib.

Fevral ayının sonu ilə müqayisədə martda cəmi ödəniş kartlarının sayı 190 min ədəd artıb.

Müqayisə üçün qeyd edək ki, fevralda cəmi ödəniş kartlarının sayı 166 min ədəd artmışdı.

Müəllif: Elmir Murad

Bütün xəbərlər