3 ayda artan bank kartları – Siyahı

10:47 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda bank kartlarının sayında artım müşahidə olunub.

ABC.AZ-ın məlumatına görə, ilk rübdə (yanvar-mart dövründə) sosial kartların sayı 15 min ədəd, əməkhaqqı kartlarının sayı 98 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 374 min ədəd, kredit kartlarının sayı isə 52 min ədəd artıb.

Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdı.

2019-cu ilin sonunda isə cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.

 

Bütün xəbərlər