Əməkhaqqı kartlarının sayı 185 min ədəd artıb – Bir ildə

11:15 - 22.04.2021


22 aprel, Fineko/abc.az. 2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd artıb.

ABC.AZ-ın məlumatına görə, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artıb.

Qeyd edək ki, 2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olmuşdu.

 

Bütün xəbərlər