AMB valyuta hərracında banklara $52,3 mln. satıb

12:46 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, aprelin 22-də valyuta hərracında banklara $52,3 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $52,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində qeydə alınıb.

 

Bütün xəbərlər