60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub

15:12 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin ilk rübü ilə bağlı statistik məlumatları açıqlayıb.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, ilin ilk 3 ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 1 973 müraciət daxil olub.

Bu müraciətlərdən 1 884-ü ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub.

Bu dövr ərzində qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub.

 

Bütün xəbərlər