AYİB Azərbaycana 175 layihə üzrə 3,189 mlrd. avro həcmində investisiya yatırıb

16:47 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Bu ilin martın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,201 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib.

Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici ilə müqayisədə 4,2% artıb. Aktiv layihələrin sayı isə 34-dən 35-ə yüksəlib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 78%-ni (939 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ni (240 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ni (21 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi 3,9% artaraq 1,059 mlrd. avroya yüksəlib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 175 layihə üzrə 3,189 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,2%-i (2,684 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.

 

Bütün xəbərlər