Bu rayonun icra başçısının müavini və baş memar işdən çıxarıldı

10:15 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifələrindən azad ediliblər.

ABC.AZ xəbər verir ki, bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb.

Hər iki vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, C.Həsənov karyerası ərzində Goranboy Rayon İcra Hakimiyyətində ikinci dəfə idi ki, birinci müavin postunu tuturdu.

 

Bütün xəbərlər