İki gəminin sığortalanması üçün şirkət axtarılır - Müsabiqə

11:01 - 23.04.2021


23 aprel, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Prezident Heydər Əliyev” və “Şuşa” gəmilərinin gövdə və mexanizmlərinin sığortalanması üçün müsabiqə elan edib.

ABC.AZ-ın məlumatına görə, müsabiqədə iştirak etmək istəyənlər təkliflərini aprelin 29-u, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2 ünvanına təqdim edə bilərlər.

 

Bütün xəbərlər