Bakıda dezinfeksiya işləri aparılacaq - İcra Hakimiyyəti əhaliyə çağırış etdi

12:19 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Aprelin 24-ü səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə ABC.AZ-aBakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

 

Bütün xəbərlər