Yoluxanların sayı azaldı - Sağalanlar çoxaldı

16:42 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1809 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, son sutkada 2191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son 24 saatda 33 nəfər “COVID-19”dan vəfat edib.

 

Bütün xəbərlər