Səhiyyə nazirinin vəzifələrini kim icra edəcək? - Sərəncam

17:11 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə, yəni Teymur Musayevə verilib.

Qeyd edək ki, T. Musayev indiyə qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.

 

Bütün xəbərlər