Koronavirus əleyhinə 14 min 424 vaksin vurulub – Bir gündə

17:17 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 14 min 424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələdə peyvənd olunanların sayı 8 min 199, ikinci mərhələ üzrə 6 min 225 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 396 min 391, birinci mərhələ üzrə vaksin olunanların sayı 926 min 76, ikinci mərhələ üzrə isə 470 min 315 təşkil edir.

 

Bütün xəbərlər