Meyxana məclisi müəyyən edildi - 16 nəfər cərimələndi

11:46 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Lənkəranın Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə saat gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

DİN-dən ABC.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

 

Bütün xəbərlər