Mebel istehsalçıları ilə görüş - İxracla bağlı problemlər müzakirə olunub

16:13 - 26.04.2021


26 aprel, Fineko/abc.az. "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, vergi siyasəti baş idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.

İştirakçıların nəzərinə çatdırılıb ki, qanunvericiliyin investisiya yönümlü olması dövlətin iqtisadi siyasəti üzrə əsas prioritet istiqamətlərdən biri olduğu üçün, gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək.

 

Bütün xəbərlər