Dövlət Komitəsi "Coca-Cola"-nı cərimələdi - İş məhkəmədədi

16:31 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi “Azərbaycan Coca-Cola Bottlers Limited" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib etdiyi protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın icraatındadır.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

 

Bütün xəbərlər