BANM-ın 700 ballılarının ilk imtahan nəticələri necə oldu?

13.03.2018,10:38


Ötən il I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayan ölkə üzrə 7 tələbə Bakı Ali Neft Məktəbini (BANM) seçərək BANM-ın tələbəsi adını qazandılar. Bu tələbələrin BANM-da necə oxuması və ilk imtahanlarının nəticələri hər kəs üçün maraq doğurub. Çünki Ali Məktəbdə təhsil almaq digər universitetlərə nisbətən daha çətindir. Qeyd edək təhsil sistemi Azərbaycanda olan digər ali təhsil müəssisələrindən fərqlənən BANM-da tələbələr birinci il hazırlıq kursu  (“Foundation”) oxuyur ki, burada onlar İKT və İngilis dili üzrə hazırlaşdırılır. Onlar İELTS və İKT üzrə imtahanlarında uğur əldə etdikdən sonra növbəti kursa keçir və öz ixtisasları üzrə fənləri öyrənməyə başlayırlar.

Məhz 700 ballı tələbələrin daim ictimaiyyətin diqqət mərkəzində olduğunu nəzərə alaraq onların ilk göstəriciləri ilə bağlı məlumatı sizə təqdim edirik.

  • Məmmədova Jalə - «Kimya mühəndisliyi» ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;
  • Cəbrayılov Vahab - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;
  • Əhmədov Elmir - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 95 bal;
  • Əliyev Qabil - «Kimya mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;
  • Əliyeva Xalidə - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;
  • Əsədzadə Mahirə - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Fənlərdən “A” və “B” alaraq mümkün 100 baldan ortalama 89 bal toplayıb.

BANM-ın 7-ci 700 ballı tələbəsi Əsgərzadə Abdulla isə yüksək dil və İKT biliklərinin sayəsində birbaşa ikinci kursa qəbul olub. «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası üzrə təhsil alan Abdullanın imtahan göstəriciləri aşağıdakı kimidir: Azərbaycan tarixi – A (99bal), Riyaziyyat – A(93bal), Azərbaycan dili və Nitq mədəniyyəti – A(92 bal), Proqramlarşdırma və kompüterin tətbiqi – B (90 bal).

 

Açar sözlər: banm