Üç dövlət şirkəti "Azərbaycan İnvestisiya Holdinqin"-dən çıxarıldı – Sərəncam

11:46 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli Fərmanına dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb.

Fərmana əsasən, “Azərkosmos” ASC, eləcə də “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər holdinqin idarəetməsindən çıxarılıb.

 

Bütün xəbərlər