Azərbaycan öz sərhədlərini tam bərpa edib – Prezident

14:55 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərkən deyib.

Dövlət başçısı bildirib ki, hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir.

"Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”, - deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər