Moody's: ABB-da açıq valyuta mövqeyi ilə problemlər qalıb

11:50 - 13.03.2018


13 mart, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi “Moody`s Investors Service” hesab edir ki, Azərbaycan Beynəlxalq Bankında (ABB) açıq valyuta mövqeyi ilə problemələr qalmışdır.

Moody's agentliyindən verilən məlumata görə, çətinliklərə baxmayaraq, ABB  öz ödəmə qabiliyyətini bərpa edir.

Yanvar ayında Moody's  ABB-ın xarici və milli valyutalarda uzunmüddətli reytinqləri  “Caa1”dən “B3” səviyyəsinə qədər yüksəltdi.

2017-ci ilin sentyabr ayından ABB, xarici öhdəliklərin restrukturizasiyasının bitirilməsini bildirdi. Restrukturizasiya çərçivəsində bu öhdəlikləri dövlət öz üzərinə götürmüşdür və kreditorlar, dövlət tərəfindən verilən yeni qiymətli kağızları aldılar.

2017-ci il sentyabrın 1-də Azərbaycan hökuməti İrlandiya Fond Birjasında 2 265,9 milyon dollar həcmində istiqrazların yerləşdirilməsini həyata keçirmişdir

 

Bütün xəbərlər