330x110
 

Son sutkada sağalanlar yoluxanları keçdi - 27 ölən var

27.04.2021,16:39


27 aprel, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son 24 saatda 27 nəfər COVID-19-dan vəfat edib.