Vaksin olunanlar artır - Bir gündə 16 mindən çox peyvənd vurulub

16:48 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 16 min 583 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, birinci mərhələdə peyvənd olunanların sayı 7374, ikinci mərhələ üzrə 9209 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 440 min 243, birinci mərhələ üzrə vaksin olunanların sayı  946 min 834, ikinci mərhələ üzrə isə 494 min 409 təşkil edir.

 

Bütün xəbərlər