Nazirlik rəsmisindən Xəzər dənizindəki nərə balığı açıqlama

17:16 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının vəziyyəti stabil və aşağıdır.

ABC.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda qonaq olarkən deyib.

Onun sözlərinə görə, bu tendensiya Xəzər dənizin bütün akvatoriyalarında özünü büruzə verir:

“90-cı illərin sonunda Xəzəryanı ölkələrdə ümumən 30 min ton balıq ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1000 ton civarında olub. Sovetlər dağılandan sonra Xəzər dənizində daha çox qeyri-qanuni balıq ovu dövrü idi. 2011-ci ildən isə nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edildi”.

 

Bütün xəbərlər