Martda ölkədə istifadəyə verilmiş mənzillərin sahəsi artıb - Hesabat

17:30 - 27.04.2021


27 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin sahəsi ilə bağlı hesabat yayımlayıb.

ABC.AZ-ın məlumatına görə, ümumilikdə yanvar-mart aylarında istifadəyə verilmiş yaşayış evlərinin sahəsi azalsa da, təkcə mart ayında artım müşahidə olunub.

Belə ki, mart ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 49,5% artaraq 207,8 min kvadrat metr təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər