330x110
 

1 saylı Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat

28.04.2021,15:32


28 aprel, Fineko/abc.az. 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov da işdən çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

İ.Qafarovun yerinə yeni təyinat da olub.

Belə ki, onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.

İ.Qafarov isə 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.