Azərbaycan Sığortaçılar Assosiasiyası və Dövlət Sosial Müdafiə Fondu ödənişlərə dair hüquqlarını qoruyacaq

13.03.2018,12:58


13 mart, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə icbari sosial sığorta mexanizmini dəyişdirməyi təklif edir.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu, “Sosial sığortalar haqqında” Qanunun, 3 ildən az olmayan müddətdə həyatını sığortalamış (yığım sığortası) vətəndaşların məcburi dövlət sosial sığortalardan azad olmasını nəzərdə tutan bəndinə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayır.

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirildi.

İşçi qrupunun iştirakçıları, qanunla nəzərdə tutulan düzəlişləri müzakirə edərək, Dövlət Sosial Müdafiə Fonduna, zəruri hallarda Maliyyə Bazarlarına Nəzarət Palatası və ölkənin Parlamentinə müraciət edərək, sığortaçıların bu təklifdən razı qalmadığını və bu qərarın sığorta üzrə təsiri barədə danışacaqlarını bildirdilər.

 

 

Açar sözlər: ASA DSMF