Bir gündə 15 mindən çox vaksin vuruldu – Statistika

17:29 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 15 min 871 vaksin vurulub.

ABC.AZ verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 6711, ikinci mərhələ üzrə 9160 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 456 min 114, birinci mərhələ üzrə vaksin olunanların sayı  953 min 545, ikinci mərhələ üzrə isə 502 min 569 təşkil edir.

 

Bütün xəbərlər