Azəri Çıraq Günəşli üzrə fəaliyyətlərə 463 milyon dollardan çox pul xərclənib

14:19 - 29.04.2021


29 aprel, Fineko/abc.az. “BP Azərbaycan” şirkəti 2021-ci ilin birinci rübünün yekunlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2021-ci iin birinci rübü ərzində Azəri Çıraq Günəşli üzrə fəaliyyətlərə təxminən 142 milyon dollar əməliyyat məsrəfləri və 463 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər