Martın 14-də gözlənilən hava haqqında məlumat

13.03.2018,14:27


13 mart, Fineko/abc.az. Sabah Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacaq, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi  766 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.

 

Açar sözlər: proqnoz hava